Sərgən Yalçın: "Mario Balotelli öz səviyyəsini nümayiş etdirdi"

19:48 - 22 Sentyabr 2021

Türkiyə Super Liqasının 6-cı turunda "Beşiktaş"la səfər matçında (3:3) dubl edən "Adana Dəmirspor"un hücumçusu Mario Balotelli "Instagram" hesabında paylaşım edib.

 

Sportal.az xəbər verir ki, o, 79-cu dəqiqədə komandasının 2-ci qolununu vurduqdan sonra rəqib komandanın baş məşqçisi Sərgən Yalçına tərəf qaçıb və beyninin olduğunu nümayiş etdirən jest edib.

 

İtaliya millisinin keçmiş futbolçusunun bu hərəkətindən sonra ara qarışıb və hücumçuya sarı vərəqə göstərilib.

 

2013-cü ildə Sərgən Yalçın qatıldığı verilişlərin birində Mario Balotellinin beyinsiz olduğunu və komandasında belə bir futbolçunu görmək istəmədiyini bildirmişdi. Uzun illərdən sonra Balotelli mütəxəssisin cavabını belə verib.

 

Balotelli matçdan sonra sosial şəbəkə hesabında bunları qeyd edib: "Bizim beynimiz, xüsusilə də cinsi orqanımız və ürəyimiz var. Bununla qürur duyuruq".

 

Sərgən Yalçın isə mətbuat konfransında futbolçunun davranışı barədə danışıb:

 

"Balotelli ilə şəxsi münaqişəm yoxdur. Onun niyə belə etdiyini bilmirəm. Bəlkə ötən il bizə keçə bilmədiyi üçün belə etdi, anlamıram. Öz adına üzücüdür, səviyyəsini göstərdi".

Xəbər xətti