"Bazel" Azərbaycanda şans və Lindner sayəsində çətinliklə 1 xal qazana bildi"

16:36 - 22 Sentyabr 2021

"Bazel"in prezidenti David Degen Konfrans Liqasının 1-ci turu çərçivəsində “Qarabağ”la görüşdəki 0:0 hesablı nəticəni müzakirə edəcək.

Sportal.az xəbər verir ki, İsveçrənin “4-4-2” portalı məsələ haqda bu cür yazıb. İsveçrəli həmkarlarımız klub prezidentinin komandaya hansı mesajı verdiyini də yazıb: "Prezidentin komandaya mesajı bu cür idi: hər kəs “Bazel”lə günün 24 saatı, həftənin 7 günü yaşamalıdı.

Məsələ burasındadır ki, komanda Azərbaycanda şans və qapıçı Haynz Lindner sayəsində çətinliklə 1 xal qazana bildi".

Xəbər xətti