Rahid Əmirquliyevdən tarixi rekord

21:07 - 25 Sentyabr 2021

Azərbaycan Premyer Liqasının V turu yeni rekordla əlamətdar olub. İlk oyun gününün ikinci matçında meydana çıxan Rahid Əmirquliyev ölkə çempionatları tarixinə düşüb. “Zirə”yə qarşı oyun “Səbail”in kapitanı üçün 422-ci çempionat görüşü olub.

 

32 yaşlı yarımmüdafiəçi bununla da Azərbaycan çempionatları tarixində ən çox matç keçirən futbolçu adına yiyələnib. O, 421 dəfə meydana çıxan Mahmud Qurbanovun rekordunu arxada qoyub.

 

III turun “Sumqayıt”la görüşündə rekordu təkrarlayan Əmirquliyev “ASCO Arena”da mütləq göstəriciyə imza atıb. Rahid Azərbaycan çempionatlarında 2003/04 mövsümündə debüt edib. O, 2003-cü il iyulun 12-də səfərdə keçirilən “Şəfa” – “Şahdağ” matçının (1:0) iştirakçısı olub. Rahid karyerası ərzində çıxdığı matçlarda 33 qol vurub.

 

O, ölkə çempionatlarında 4 klubun formasını geyinib. Əmirquliyev yetirməsi olduğu “Şahdağ”da 57 (7 qol), “Xəzər Lənkəran”da 254 (23 qol), “Qarabağ”da 37 (3 oyun) qarşılaşmaya çıxıb. “ASCO Arena”dakı matç onun “Səbail”də 74-cü görüşüdü.

 

Azərbaycan çempionatlarında yalnız Rahid Əmirquliyevlə Mahmud Qurbanov 400 oyun səddini keçə bilib.

Xəbər xətti