Paytaxt klubunun 25-ci ev məğlubiyyəti

12:38 - 27 Sentyabr 2021

“Səbail” Premyer Liqada özünün 25-ci ev məğlubiyyətini alıb.

 

Sportal.az xəbər verir ki, paytaxt klubu bu uğursuzluqla V turda üzləşib. Aftandil Hacıyevin yetirmələri “Zirə”yə 1:2 hesabı ilə uduzub.

 

“Səbail” Premyer Liqa tarixində özünün 55-ci ev oyununu keçirib. 55-ci matç 25-ci məğlubiyyətlə nəticələnib. Klubun ilk ev yenilgisi 2017-ci il sentyabrın 17-nə təsadüf edib. Həmin gün “Qəbələ” səfərdə “Səbail”ə 3:1 hesabı ilə qalib gəlib.

Xəbər xətti