"Borussiya" Haalandın maaşını ikiqat artırır

14:30 - 6 Oktyabr 2021

"Borussiya" İngiltərə klublarının transfer hədəfində olan Erlinq Haalandı komandada saxlamağın yollarını axtarır.

 

Sportal.az xəbər verir ki, Dortmund təmsilçisi 21 yaşlı forvardın maaşını ikiqat artırmağı planlaşdırır. Bundesliqa klubu hazırda həftəlik 115 min funt sterlinq qazanan norveçli qolçuya yeni sözləşmə təklif edəcək. Haaland bu təklifi qəbul etsə, həftədə 250 min funt sterlinq qazanacaq.

 

Ancaq "Mançester Yunayted" gənc futbolçuya daha çox maaş təklif etməyi düşünür. Buna görə də "Borussiya"nın onu komandada saxlayacağı çətin görünür.

 

Erlinq Haalandın Almaniya klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. Gələn ilin yayında norveçli forvardın sərbəst qalma məbləği 64 milyon funt sterlinq olacaq.

Xəbər xətti