Xavi "Barselona"da işləməyə hazır olduğunu bəyan etdi

17:17 - 10 Oktyabr 2021

Qətərin "Əl-Sədd" klubunun baş məşqçisi Xavi Ernandes açıqlama verib.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis keçmiş komandası "Barselona"nı çalışdırmağa hazır olduğunu bildirib:

 

"Edilən bütün təkliflər nəzərdən keçirilir və yekunda qərar verilir. Gələcəkdə nə olacağını bilmirəm, amma mən yeni sınağa hazıram".

 

"Barselona"nın baş məşqçisi Ronald Kumanla yollarını ayıracağı gözlənilir.

Xəbər xətti