Danimarkadan unikal göstərici

17:49 - 10 Oktyabr 2021

DÇ-2022-nin seçmə mərhələsinin F qrupunda qərarlaşan Danimarka millisi 7-ci turda səfərdə Moldovanı 4:0 hesabı ilə məğlub edib.

 

Sportal.az xəbər verir ki, komanda keçirdiyi 7 oyunun hamısında qalib gəlməyi bacarıb. Üstəlik, Kasper Yulmannın çalışdırdığı komanda bu oyunlarda qapısında qol görməyib. 21 xalı olan Danimarka ən yaxın izləyicisi Şotlandiyadan 7 xal öndədir.

 

Dünya çempionatlarının seçə mərhələsində son dəfə belə göstəriciyə 2006-cı ildə Serbiya və Monteneqro millisi nail olmuşdu.

Xəbər xətti