"Borussiya" Holanda əvəzləyici tapdı

18:18 - 11 Oktyabr 2021

"Borussiya" yayda komandadan ayrılması ehtimal edilən Erlinq Holanda əvəzləyici axtarır.

 

Sportal.az "Bild"ə istinadla xəbər verir ki, Dortmund təmsilçisi "Zalsburq"un hücumçusu Kərim Adeyemini hədəfə alıb. Dortmundluların bu transfer üçün rəsmi təklif göndərəcəyi xəbərdə qeyd edilib.

 

19 yaşlı futbolçu Almaniya millisinin üzvüdür. O, bu mövsüm keçirdiyi 16 oyunda 11 qol vurub, 2 məhsuldar ötürmə edib.

Xəbər xətti