"Sumqayıt"ın məşqçisi Kiyev "Dinamo"sunun düşərgəsində - FOTO

16:04 - 12 Oktyabr 2021

"Sumqayıt" Futbol Akademiyasının "A" kateqoriyalı məşqçisi Zaur Hidayətov təcrübə məqsədi ilə Ukraynanın paytaxtı Kiyev şəhərinə yollanıb.

 

Sportal.az xəbər verir ki, "Dinamo" klubunun akademiyasının koordinatoru Aleksandr İşenko ilə görüşən məşqçi onların iş sistemi ilə tanış olub, onunla qarşılıqlı fikir mübadiləsi aparıb.

 

Kiyev təmsilçisinin akademiyasının məşqlərini izləyən Zaur Hidayətov daha sonra isə əsas komandanın çalışdırıcısı Mirça Luçesku ilə də görüşüb.

 

 

Xəbər xətti