Aqil Məmmədov: "Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik"

17:13 - 12 Oktyabr 2021

"Neftçi"nin qapıçısı Aqil Məmmədov klubun televiziyasına açıqlama verib. 

 

Sportal.az xəbər verir ki, 34 yaşlı qapıçı Premyer Liqanın 7-ci turunda "Sumqayıt" ilə keçirəcəkləri oyun haqda danışıb. Təcrübəli qolkiper qələbə qazanmaq üçün əllərindən gələni edəcəklərini deyib:

 

"Sumqayıt"la oyunun hazırlıqlarına davam edirik. "Qəbələ" ilə yaxşı yoxlama oyunu keçirdik. Baş məşqçimiz çatışmazlıqları gördü. Milli komandalarda olan oyunçularımız da qayıdandan sonra "Sumqayıt"la matça tam şəkildə hazırlaşacağıq. 

 

Bizim üçün hər oyun çətindi. "Sumqayıt" evdə oynayır. Yaxşı komanda formalaşdırıblar, gənc oyunçular yaxşı mübarizə aparır. Biz də qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. 

 

Kamran İbrahimov məşqçilər şans verəndə oynayır. "Qəbələ" və "Zirə" ilə matçlarda özünü yaxşı tərəfdən göstərib. Rza Cəfərov isə gənc qapıçıdı. Yavaş-yavaş yetişir. 2-3 ilə tam formalaşıb, daha keyfiyyətli qapıçı olacaq".

Xəbər xətti