Runi ilə bağlı film çəkilir

22:50 - 13 Oktyabr 2021

“Mançester Yunayted” və İngiltərə millisinin krçmiç futbolçusu Ueyn Runi haqda sənədli film çəkilir.


Sportal.az xəbər verir ki, veteran futbolçu özü bu barədə məlumat yayıb. Film 2022-ci ilin əvvəlində nümayiş olunacaq.


Runi hazırda İngiltərənin “Derbi Kaunti” klubunun baş məşqçisidir. O, futbolçu karyerası ərzində 2004-2017-ci illərdə “Mançester Yunayted”də çıxış edib. Runi İngiltərə yığmasında 120 oyunda 53 qol vurub.

Xəbər xətti