Monteneqro - Azərbaycan matçının hakimləri

12:27 - 14 Oktyabr 2021

Qadınlardan ibarət Azərbaycan milli komandasının Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Monteneqro millisinə qarşı keçirəcək oyunu idarə edəcək hakimlər müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, oktyabrın 21-də Podqoritsada keçiriləcək Monteneqro - Azərbaycan qarşılaşmasını Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək:

 

Baş hakim: Kristina Georgieva
Baş hakimin köməkçiləri: Ekaterina Marinova, Pavleta Rashkova
Dördüncü hakim: Kristiyana Guteva

Xəbər xətti