FIFA refersisi Avropa çempionatına təyinat aldı

13:13 - 14 Oktyabr 2021

Futzal üzrə FIFA refersisi Knyaz Əmiraslanov beynəlxalq turnirə təyinat alıb.

 

Sportal.az xəbər verir ki, K.Əmiraslanov qadın futzalçılardan ibarət komandalar arasında Avropa çempionatının əsas mərhələsinin 3-cü qrupunda keçiriləcək oyunlarda iştirak edəcək.

 

Ukrayna, Finlandiya, Çexiya və Belçika milli komandalarının mübarizə aparacağı bu qrupun oyunları oktyabrın 20-dən 25-dək Ukraynada təşkil olunacaq.

Xəbər xətti