Millinin baş məşqçisi qovuldu

16:23 - 15 Oktyabr 2021

Paraqvay milli komandasının baş məşqçisi Eduardo Berisso ilə yollar ayrılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Paraqvay Futbol Assosiasiyasının mətbuat xidməti məlumat yayıb. 51 yaşlı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib.

 

Paraqvay yığması dünən DÇ-2022-nin seçmə mərhələsində Boliviyaya 0:4 hesabıyla uduzub.

Xəbər xətti