DÇ-2022: pley-offun püşkatmasının vaxtı bilindi

17:05 - 15 Oktyabr 2021

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində pley-offun püşkatma mərasiminin vaxtı bəlli olub.

 

Sportal.az xəbər verir ki, tədbir noyabrın 26-da İsveçrənin Sürix şəhərində keçiriləcək. Seçmə mərhələ matçlarından sonra qruplarda ikinci yeri tutmuş 12 komanda üç vəsiqə uğrunda mübarizə aparacaq.

 

Qeyd edək ki, DÇ-2022-ci il 21 noyabr – 18 dekabrda təşkil olunacaq.

Xəbər xətti