Premyer Liqa klubu başsız qaldı

13:53 - 20 Oktyabr 2021

İngiltərə Premyer Liqasında baş məşqçi istefası gerçəkləşib.

 

Sportal.az xəbər verir ki, "Nyukasl" Stiv Brusla yollarını ayırıb. Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

8 turdan sonra 3 xal toplayan "sağsağanlar" turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

 

Qeyd edək ki, "Nyukasl" bir neçə gün öncə Səudiyyə Ərəbistanı şirkətinə satılıb.

Xəbər xətti