"Kayrat"ın müdafiəçisi: "Qarabağ"ın güclü hücum xətti var"

18:43 - 20 Oktyabr 2021

"Qarabağ" Avropa Konfrans Liqası qrup mərhələsinin 3-cü turunda sabah "Kayrat"la qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, qarşılaşmadan öncə baş tutan mətbuat konfransında Qazaxıstan təmsilçisinin müdafiəçisi Denis Polyakov jurnalistlərin suallarını cavablandırıb:

 

"Ağır oyun olacaq. "Qarabağ" təcrübəli komandadı. Sabahkı matçdan sonra evə müsbət nəticə ilə qayıtmaq istəyirik".

 

- "Qarabağ"da hansı oyunçudan çəkinirsiniz?

- Komanda kimi oynayırıq. "Qarabağ" da komanda şəklində oynayan komandadı. Güclü hücum xətti var. Sabah hər şeyi meydanda göstərəcəyik.

Xəbər xətti