"Çelsi"nin hücumçuları zədələndi

15:44 - 21 Oktyabr 2021

İngiltərənin "Çelsi" klubunun iki hücumçusu sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, Romelu Lukaku və Timo Verner Çempionlar Liqasının qrup mərhələsində "Malmö"yə (İsveç) qarşı keçirilən oyunda zədələnib. Hər iki futbolçu matçın ilk hissəsində zədələnərək, meydanı tərk edib. 

 

Qeyd edək ki, "Çelsi" - "Malmö" matçı London təmsilçisinin 4:0 hesablı qələbəsiylə başa çatıb.

Xəbər xətti