Zambiyalı hücumçu 4 qol vurdu, həftənin ən yaxşısı oldu

00:15 - 23 Oktyabr 2021

Avropa Liqasında qrup mərhələsinin 3-cü turunun oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, İngiltərənin “Lester Siti” klubunun hücumçusu Patson Daka bu ada layiq görülüb.

 

Zambiyalı hücumçu Moskvada “Spartak”a qalib gəldikləri matçda (4:3) 4 qol vurub.

Xəbər xətti