Ruslan Qurbanov Belarusda dubl etdi

17:11 - 24 Oktyabr 2021

Futbol üzrə Belarus çempionatında 27-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının hücumçusu Ruslan Qurbanovun çıxış etdiyi "Slaviya" səfərdə "Minsk"lə qarşılaşıb. Matç Mozır təmsilçisinin 6:0 hesablı qələbəsiylə başa çatıb.

 

Ruslan bu görüşün iştirakçısı olub. O, start heyətində meydana çıxıb və sonadək mübarizə aparıb. Qurbanov 2 qol vurub.

 

27 turdan sonra 27 xal toplayan "Slaviya" turnir cədvəlinin 14-cü pilləsindədi.

Xəbər xətti