Ramil Şeydayev "100"ü yarıladı

11:53 - 26 Oktyabr 2021

Ramil Şeydayev Azərbaycan Premyer Liqasında 50-ci oyununu keçirib.

 

Sportal.az PFL-in saytına istinadən xəbər verir ki, “Qarabağ”ın hücumçusunun yubileyi 8-ci turun “Səbail”lə səfər matçına (1:3) təsadüf edib. Onun ölkə çempionatında debütü 2017/18 mövsümündə gerçəkləşib. Fasilələrlə Premyer Liqada çıxış edən Ramil 50 matçda 8 qol vurub. O, iki klubun formasını geyinib. 

 

“Qarabağ”da 22 oyuna 2 qol vuran forvard “Sabah”da 28 matçda 6 dəfə fərqlənib.

Xəbər xətti