Vaqner Lav "Qarabağ"a qol vurmaq istəyir

23:00 - 28 Oktyabr 2021

"Mən "Kayrat"la müqaviləmi yeniləmək istəmədiyimi heç vaxt deməmişəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat"ın (Qazaxıstan) futbolçusu Vaqner Lav Rusiya ÇSKA-sına keçəcəyi ilə bağlı məlumatlara münasibət bildirərkən deyib. O, bu xəbərlərin əsassız olduğunu söyləyib: 

 

"Mən "Kayrat"la müqaviləmi yeniləmək istəmədiyimi heç vaxt deməmişəm. Dünən meydana çıxdım, fərqlənməklə yanaşı, məhsuldar ötürmə də etdim. Qarşıdakı matçlarda da qol vurmağa davam etdmək istəyirəm. İlin sonunadək müqaviləm var. Taleyimin necə olacağını bilmirəm. Futbolla vidalaşmağı düşünmürəm. Daha bir neçə il oynamaq niyyətindəyəm".

 

"Qarabağ" 3-cü turda Bakıda Almatı təmsilçisinə 2:1 hesabı ilə qalib gəlib. Komandalar arasında növbəti görüş noyabrın 4-də Qazaxıstanda keçiriləcək.

Xəbər xətti