Türkiyədə stadionlar tam doldurula bilər

23:33 - 28 Oktyabr 2021

Türkiyədə futbol liqalarında azarkeşlərlə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

 

Sportal.az xəbər verir ki, noyabrın 9-dan bütün oyunlara stadionun ümumi tutumunun 100 faizi qədər tamaşaçı buraxılacaq.

 

TFF qarşılaşmalar zamanı tribunaların tam dolmasına icazə verib. Lakin qurum peyvənd olunmamamış azarkeşlərin stadionlara buraxılmayacağını açıqlayıb.

Xəbər xətti