PSJ çempionla oyuna 4 itki ilə çıxacaq

13:32 - 29 Oktyabr 2021

PSJ Fransa Liqa 1-in 12-ci turunda son çempion “Lill”i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, Paris təmsilçisinin dörd futbolçusu son çempionla matçı buraxacaq.

 

PSJ-də hücumçu Kilian Mbappe, yarımmüdafiəçi Marko Verratti, Leandro Paredes və müdafiəçi Serxio Ramos “Lill”lə oyunu buraxacaq.

 

Bu gün keçiriləcək PSJ – “Lill” matçına saat 23:00-da start veriləcək.

Xəbər xətti