Boksçumuz dünya çempionatında 1/4 finala yüksəldi

12:58 - 2 Noyabr 2021

Serbiyanın paytaxtı Belqradda boks üzrə keçirilən dünya çempionatının 1/8 final mərhələsində daha bir boksçumuz uğurla çıxış edib.

 

Sportal.az xəbər verir ki, təmsilçimiz Məsud Yusifzadə (-51 kq) monqolustanlı Enxmandaq Xarxuunu mübarizədən kənarlaşdırdıqdan sonra 1/8 finalda puerto rikolu Yankiel Riveraya da qalib gəlib.

 

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb – 5:0. O, növbəti qarşılaşmasını noyabrın 2-də tailandlı Tanarat Saenqfetə qarşı keçirəcək.

Xəbər xətti