3 qadın güləşçimiz dünya çempionatında uduzdu

15:55 - 4 Noyabr 2021

Serbiyanın paytaxtı Belqradda güləş üzrə dünya çempionatı davam edir.

Sportal.az xəbər verir ki, dördüncü yarış günündə son 3 qadın güləşçimiz mübarizəyə qoşulub.

 

Tatyana Varansova startda rusiyalı rəqibinə uduzub.

 

Jalə Əliyeva debütdə yerli idmançıya məğlub olub.

 

Birgül Soltanova Qazaxıstan güləşçisiylə görüşdə 7:0 hesabıyla öndə olsa da, bu üstünlüyünü sonadək qoruya bilməyib.

53 kq
Təsnifat: Tatyana Varansova - Yekaterina Verbina (Rusiya) 0:10

62 kq
Təsnifat: Jalə Əliyeva - Anna Fabian (Serbiya) 3:6

65 kq
1/8 final: Birgül Soltanova - Ayna Temirtassova (Qazaxıstan) 7:8

Xəbər xətti