“Zirə”nin şəhid futbolçusu daha bir medalla təltif olundu

22:22 - 5 Noyabr 2021

Məlum olduğu kimi, Prezident İlham Əliyev "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi" haqqında sərəncam imzalayıb.

 

Sportal.az xəbər verir ki, "Zirə"nin üzvü Şəhid İlqar Burcəliyev "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

 

İlqar Bürcəliyev bundan əvvəl “Vətən uğrunda” medalı ilə də təltif edilmişdi.

 

"Zirə"nin U-17 komandasının sabiq üzvü olan İlqar Bürcəliyev sentyabrın 27-də - Vətən müharibəsinin başladığı ilk gün, 19 yaşında şəhid olub. Onun qardaşı Tamerlan Bürcəliyev "Zirə"nin əsas komandasında çıxış edir.

Xəbər xətti