Azərbaycan Premyer Liqasının bombardiri ilk dəfə Gürcüstün millisinə dəvət aldı

12:48 - 8 Noyabr 2021

"Zirə"nin futbolçusu Davit Volkov Gürcüstan millisinə dəvət alıb.

Sportal.az xəbər verir ki, 26 yaşlı forvard İsveçə qarşı DÇ-2022-nin seçmə mərhələ və Özbəkistanla yoldaşlıq oyunları üçün yığmaya çağırılıb.

Volkov karyerasında ilk dəfə milliyə dəvət olunub.

Bu mövsüm 8 qol vuran futbolçu Azərbaycan Premyer Liqasında bombardirdi.

Xəbər xətti