"Legiya" növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır

09:39 - 11 Noyabr 2021

Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu növbəti baş məşqçi dəyişikliyinə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Avropa çempionatından sonra Şimali Makedoniya yığmasından ayrılan İqor Angelovski Varşava təmsilçisini çalışdıra bilər. 45 yaşlı mütəxəssisin hazırkı baş məşqçi Marek Qolebiyevskini əvəzləyəcəyi gözlənilir.

 

Çeslav Mixneviçin istefaya göndərilməsindən sonra Marek Qolebiyevskinin ən azı mövsümün sonunadək baş məşqçi postunda qalacağı açıqlanmışdı.

 

"Legiya"nın baş məşqçi postuna yunanıstanlı Yorqos Donis və rusiyalı Stanislav Çerçesov da namizədlərdən biridir.

Xəbər xətti