"Trabzonspor" "Barselona"nın keçmiş futbolçusu üçün hərəkətə keçdi

20:20 - 13 Noyabr 2021

Türkiyə Super Liqasında zirvənin sahibi olan "Trabzonspor" qış fasiləsində heyətini gücləndirəcək.

 

Sportal.az xəbər verir ki, "bordo-mavilər" zədə səbəbindən mövsümün erkən başa vuran Jervinyonun əvəzinə "Real Betis"in vingeri Kristial Telyonu transfer etmək istəyir. Bu mövsüm La Liqa klubunda az oynayan 30 yaşlı futbolçu bu keçidə müsbət yanaşır.

 

Trabzon təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatacaq ispaniyalı futbolçunu az məbləğ ödəyərək heyətinə qatmağa çalışacaq. Telyo 2010-2017-ci illərdə "Barselona"da çıxış edib. O, 2017-ci ildə "Real Betis"ə keçib.

Xəbər xətti