"Qalatasaray"ın Abubakar planı

20:50 - 13 Noyabr 2021

"Qalatasaray" qış fasiləsində hücum xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, Mustafa Məhəmməd və Mbaye Diandan istədiyi peformansı ala bilməyən İstanbul təmsilçisi "Əl Nəsr"in hücumçusu Vinsent Abubakara göz dikib.

 

Səudiyyə Ərəbistanı təmsilçisi hazırda maliyyə problemləri yaşayır və Asiya Çempionlar Liqasında da uzaqlaşdırılıb. Ərəb jurnalist Xalid Əbdüləzizin məlumatına əsasən, kamerunlu forvard komandada ayrılmaq istəyir.

 

Abubakarın "Qalatasaray"a keçidinin qış fasiləsində baş tutacağı gözlənilir.

Xəbər xətti