Remzi Premyer Liqaya qayıda bilər

21:21 - 13 Noyabr 2021

“Yuventus”un futbolçusu Aaron Remzi karyerasını yenidən İngiltərədə davam etdirə bilər.

 

Sportal.az xəbər verir ki, Uels millisinin üzvü “Nyukasl” və “Everton” klublarının transfer hədəfindədir. Qışda klubların danışıqlara başlayacağı gözlənilir.

 

30 yaşlı yarımmüdafiəçi 2019-cu ildə "Arsenal"dan Turin təmsilçisinə keçib.

Xəbər xətti