Əsas millidən U-21-ə çağırıldı

10:30 - 15 Noyabr 2021

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 16-da, saat 20:00-da, “Bakcell Arena”da Norveç komandası ilə qarşılaşacaq Azərbaycan millisinin heyətinə daha bir futbolçu dəvət edilib.

 

Sportal.az xəbər verir ki, "Zirə” klubunun üzvü Cəlal Hüseynov hazırlıq prosesinə qoşulub.

 

Qeyd edək ki, Cəlal Hüseynov əsas milli komandanın düşərgəsində idi. Gənc müdafiəçi Qətərlə yoldaşlıq oyununun 90+2-ci dəqiqəsində meydana daxil olmaqla millidə debüt edib.

Xəbər xətti