"Beşiktaş" Çempionşip klubunun hücumçusunu hədəfə aldı

18:48 - 15 Noyabr 2021

"Beşiktaş" qış fasiləsində hücum xəttini gücləndirmək istəyir.

 

Sportal.az xəbər verir ki, "qara qartallar" İngiltərənin "Şeffild Yunayted" klubunun hücumçusu Lis Musseni heyətinə cəlb etməyi düşünür. İstanbul təmsilçisi mövsümün sonunda Çempionşip klubu ilə müqaviləsi başa çatacaq fransalı forvardın keçidini aşağı qiymətə həll etməyi düşünür.

 

25 yaşlı hücumçunun bu keçidə müsbət baxdığı bildirilir. O, bu mövsüm keçirdiyi 8 oyunda 3 qol vurub.

Xəbər xətti