Donald Gerye Polşa klubuna keçdi

17:22 - 15 Noyabr 2021

"Qarabağ" və "Neftçi"nin keçmiş futbolçusu Donald Gerye karyerasını Polşada davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu ölkənin "Veçista" klubuna keçib. Haitili futbolçu Polşa təmsilçisi ilə mövsümün sonunadək müqavilə imzalayıb. O, yeni klubunda 96 nömrəli formada çıxış edəcək.

 

Qeyd edək ki, Donlad Gerye 2017-2019 və 2020-2021-ci illərdə "Qarabağ"da, 2019-2020-ci il mövsümündə isə "Neftçi"də çıxış edib. Təcrübəli yarımmüdafiəçinin son klubu Kipr "Apollon"u olub.

Xəbər xətti