"Milan" Kessinin əvəzləyicisini tapdı

18:18 - 16 Noyabr 2021

"Milan" mövsümün sonunda komandadan ayrılmağa hazırlaşan Frank Kessinin əvəzləyicisini tapıb.

 

Sportal.az xəbər verir ki, "qırmızı-qaralar" kot-d-ivuarlı yarımmüdafiəçinin əvəzinə "Lill"dən Renatu Sançeşi almağa çalışacaq. Milanlılar qış fasiləsində bu keçidi həll etməyə çalışacaq. Portuqaliya millisinin üzvünün "Milan"a keçməyə müsbət yanaşdığı bildirilir.

 

Frank Kessini "Real" və PSJ transfer etmək istəyir.

Xəbər xətti