Dani Alveş: "Uzun zamandır "Barselona"ya qayıtmağa çalışırdım"

19:19 - 16 Noyabr 2021

"Barselona"ya qayıdan Dani Alveş açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 38 yaşlı braziliyalı müdafiəçi komandaya qoşulmasından danışıb:

 

"Hələ də şokdayam. Uzun zamandır "Barselona"ya qayıtmağa çalışırdım. Bu komandanı xilas etməyə çalışacağıq. Tezliklə bu uğursuzluqdan çıxmalıyıq. Biz "Barselona"yıq və bunu bacarmalıyıq. Özümü bu komandada super qəhrəman hiss edirəm. Bunu formanı yenidən geyinəndə anladım. Özümü super qəhrəman hiss etdiyim iki forma var: Braziliya millisi və "Barselona". Dünyanın ən yaxşı klubunda olduğumuzu anlamalıyıq. "Barselona"da olanlar dünyanın başqa klubunda yoxdur. Karyeramın ən gözəl illərini burada yaşadım. Bu komandaya oyunçu kimi qayıtmasaydım, başqa vəzifədə dönəcəkdim".

Xəbər xətti