"Liverpul" daha bir futbolçusunu itirdi

16:00 - 18 Noyabr 2021

İngiltərənin "Liverpul" klubunun daha bir futbolçusu sıradan çıxıb.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin müdafiəçisi Endryu Robertson zədələnib.

 

DÇ-2022-nin seçmə mərhələsinin Danimarka ilə matçında (2:0) zədələnərək meydanı tərk edən şotlandiyalı futbolçu Premyer Liqada "Arsenal", Çempionlar Liqasında "Portu"ya qarşı oynamayacaq. Yurgen Klopp Robertsonun əvəzinə yunanıstanlı müdafiəçi Kostas Tsimikasa şans verəcək.

 

Qeyd edək ki, "Liverpul"da Sadio Mane, Roberto Firmino, Co Qomes, Nabi Keyta, Ceyms Milner, Harvi Ellio və Kurtis Cons da zədədən əziyyət çəkir.

Xəbər xətti