"Atletiko"da ciddi itki: 1 ay oynamayacaq

13:09 - 19 Noyabr 2021

İspaniyanın "Atletiko" klubunun heyətində ciddi itki baş verib.

 

Sportal.az xəbər verir ki, Madrid təmsilçisinin hücumçusu Joao Feliş zədələnib. 22 yaşlı futbolçu Portuqaliya millisinin heyətində əzələsindən xəsarət alıb. Onun 1 ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

 

Qeyd edək ki, Joao Feliş bu mövsüm "Atletiko"nun heyətində 7 La Liqa, 4 Çempionlar Liqası matçında meydana çıxıb. Gənc forvard bu oyunlarda 1 qol və 2 asistlə yadda qalıb.

Xəbər xətti