Ramos məşqlərə başladı: "Nant"la oyunda heyətdə olacaq

17:13 - 19 Noyabr 2021

PSJ-nin yayda heyətinə qatdığı Serxio Ramos məşqlərə başlayıb.

 

Sportal.az xəbər verir ki, ispaniyalı müdafiəçi komanda ilə birlikdə məşqdə iştirak edib. 35 yaşlı futbolçu Fransa çempionatının 14-cü turunun "Nant"la oyununun heyətində yer alacaq. 

 

Argentina millisinin heyətindən qayıdan Lionel Messi də bu gün komanda ilə birlikdə məşq edib.

 

Qeyd edək ki, Ramos "Real"la müqaviləsi başa çatdıqdan sonra PSJ-yə azad agent kimi keçib. Təcrübəli müdafiəçi zədə səbəbindən Paris təmsilçisinin heyətində debüt edə bilməyib.

Xəbər xətti