Millinin Qəbələ toplanışı üçün heyəti açıqlandı

15:05 - 20 Noyabr 2021

Azərbaycan U-15 millisinin Qəbələdə keçirəcəyi təlim-məşq toplanışı üçün heyəti açıqlanıb. 

 

Sportal.az xəbər verir ki, 22-28 noyabr tarixlərindəki hazırlıq prosesinıə 24 oyunçu dəvət olunub. Onlardan yalnız 1-i legioner həyatı yaşayır. Bu, İspaniyada “Marset”in formasını geyinən İsmayıl Ələkbərovdur.

 

Toplanışdan bir gün əvvəl – yəni sabah futbolçular və məşqçi heyəti COVID-19 testindən keçəcək. Komandamız hazırlıq çərçivəsində ayın 24-də “Qəbələ”nin U-16 komandası ilə yoxlama oyunu keçirəcək.

 

U-15 millimizin heyəti: 

 

Qədir Zeynalov, Əli Nəbizadə, Raul Məmmədov ("Səbail"), Ayxan Əlizadə, Ramin Avəzov, Elmar Babayev, Atilla Hüseynli ("Sabah"), Teymur Həsənov, Səbuhi Niftiyev, Eltun Babazadə, Amid Qasımov ("Qarabağ"), Həbib Hüşənov, Səmid Əhmədov, Ziya Şəkərxanov, Emil Şəkixanov ("Qəbələ"), Elvin Qurbanov, Murad Məmmədov, Amin Muradov, Fərid Əhmədov, Əli Aslanzadə ("Neftçi"), Nadir Orucov, Vüsal Paşayev ("Sumqayıt"), İsmayıl Ələkbərov ("Marset", İspaniya)

Xəbər xətti