"İmarət" bəyanat yaydı: "Elxan Məmmədov başda olmaqla..."

15:22 - 20 Noyabr 2021

“Qarabağ” azarkeşləri dünən keçirilən “Keşlə” ilə oyunda başverənlərlə bağlı bəyanat yayıb.

 

Sportal.az xəbər verir ki, bəyanatda bunlar qeyd olunub:

 

“İmarət Tayfa”nın dünən keçirilən “Qarabağ” – “Keşlə” matçında “AFFA istefa” şüarları səsləndirməsi azarkeş qrupumuzun mövqeyidir. Millimizin uğursuz çıxışı azarkeş qrupu kimi bizim də üzərimizə vəzifələr qoyur. Tənqidi yanaşma vətəndaşlıq borcumuz olduğu kimi, tələb etmək də inikişafımızın tək yoludur.

 

Əlavə olaraq bir daha xatırladırıq ki, azarkeş qrupumuz heç bir mənbədən, o cümlədən “Qarabağ” FK-dan maliyyələşmir. Bizim səsləndirdiyimiz şüar və bəstələr yalnız və yalnız tribuna liderlərimizin öz məfkurəmizə sadiq qalaraq səsləndirdiyi fikirlərin təcəssümüdür.

 

Elxan Məmmədov başda olmaqla hazırkı AFFA rəhbərliyinə etirazımızda başqa maraqlar axtarmaq əbəsdir. “İmarət” azarkeş qrupu bayrağımıza, dövlətimizə dəstək olmaqla, ən doğrusunu etməyə davam edəcək!”

Xəbər xətti