Aquero karyerasını bitirəcək

13:13 - 21 Noyabr 2021

“Barselona”nın hücumçusu Serxio Aquero karyerasını başa vurmağa hazırlaşır.

 

Sportal.az xəbər verir ki, argentinalı hücumçu ürəyində yaranan problemə görə karyerasını bitirməyə qərar verib. O, növbəti həftə keçirəcəyi mətbuat konfransında bu barədə açıqlama verəcək.

 

İspaniya La Liqasında "Alaves"lə oyunun 42-ci dəqiqəsində meydanı tərk edən Aqueroya ürək ritminin pozulması diaqnozu qoyulmuşdu. 33 yaşlı futbolçunun 3 ay yaşıl meydanlardan kənar qalacağı açıqlanmışdı.

 

Xəbər xətti