Sulşer istefaya göndərildi - RƏSMİ

14:14 - 21 Noyabr 2021

"Mançester Yunayted" baş məşqçisi Ole Qunnar Sulşeri istefaya göndərmək fikrindədir.


Sportal.az xəbər verir ki, "qırmızı şeytanlar"ın rəhbərliyi Premyer Liqanın 12-ci turunda komandanın "Uotford"a məğlubiyyətindən (1:4) sonra bu qərarı veriblər. Məlumatı klubun saytı yayıb.

 

Komandanı müvəqqəti olaraq texniki direktor Darren Fletçer və məşqçi Maykl Karrik çalışdıracaqlar.

 

Mançester təmsilçisi İngiltərə Premyer Liqasında 12 turdan sonra 17 xalla turnir cədvəlinin 7-cı pilləsində qərarlaşıb.

Xəbər xətti