"Trabzonspor"un məğlubiyyətsizliyi davam edir - VİDEO

12:11 - 23 Noyabr 2021

Türkiyə Super Liqasında 13-cü tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, lider "Trabzonspor" doğma meydanda "Qaziantep"i qəbul edib. Qarşılaşma Abdulla Avcının yetirmələrinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

 

Xallarını 33-ə yüksəldən "Trabzonspor" məğlubiyyətsiz liderliyini davam etdirir. Qara Dəniz təmsilçisi ən yaxın izləyicisi olan "Hatayspor"u 7 xal qabaqlayır.

 

"Trabzonspor" - "Qaziantep" 3:0

Qollar: Abdulkadir Ömür, 20, Canini, 41, Andreas Kornelius, 45+1

 

Xəbər xətti