"Qarabağ" - "Omoniya" oyununa neçə bilet satılıb?

14:52 - 23 Noyabr 2021

Konfrans Liqasının qrup mərhələsinin V turunda keçiriləcək "Qarabağ" - "Omoniya" (Kipr) oyununa bilet satışı davam edir.

Sportal.az xəbər verir ki, artıq buletləri yarıdan çoxu sahibini satılıb. Məlumata görə, 9 minə yaxın bilet satılıb.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunda COVID-19 pandemiyası ilə əlaqədar stadion tutumunun 50 faizi qədər - təxminən 15 min azarkeş tribunalara buraxılacaq.

Noyabrın 25-i keçiriləcək "Qarabağ" - "Omoniya" matçı saat 21:45-də başlayacaq.

Xəbər xətti