"Qarabağ"la oyunda baş vermiş hadisəyə görə bir nəfər həbs olunub

16:10 - 25 Noyabr 2021

Avropa Konfrans Liqası pley-off mərhələsi çərçivəsində baş tutmuş "Aberdin" - "Qarabağ" oyununda yaşanmış hadisəyə görə bir nəfər saxlanılıb.

 

Sportal.az xəbər verir ki, 65 yaşlı kişi "Pittordi" stadionunda 26 yaşlı gəncə hücum etməkdə ittiham olunub. Həmin şəxs məhkəmə qarşısına çıxarılacaq.

 

Qeyd edək ki, avqustun 26-da keçirilmiş görüşdə "Qarabağ" "Aberdin" üzərində 3:1 hesablı qələbə qazanaraq Konfrans Liqasının qrup mərhələsinə yüksəlmişdi.

Xəbər xətti