"Qarabağ"ı yaxşı tanıyan kiprli: "Bu, Qomezin ilk belə qolu deyil, əvvəllər də oxşar qollar vurub"

17:20 - 26 Noyabr 2021

APOEL və Kipr millisinin sabiq kapitanı Giorgos Merkis Sportal.az saytına açıqlama verib.

Son illərdə “Qarabağ”a qarşı avrokuboklarda 4 oyunda oynamış Merkis Ağdam klubunun “Omoniya” ilə oyunu haqda danışıb.

Veteran futbolçu dünən Konfrans Liqasının 5-ci turu çərçivəsində Bakıda qeyd alınan nəticənin özü üçün gözlənilməz olduğunu deyib:

“Matçdan öncə “Qarabağ”ın favorit olduğu və qalib gələcəyini düşünürdüm. Amma düzü, “Qarabağ” dünən o qədər də yaxşı futbo oynamadı. “Omoniya” isə əksinə yaxşı oynadıv və möhtəşəm qol vurdu.

​Ancaq bu, Yordi Qomezin ilk belə qolu deyildi. Əvvəllər də oxşar qollar vurub. Ötən mövsüm PSV və 2 il öncə yerli liqada APOEL-ə də oxşar qol vurmuşdu. O, həqiqətən də uzaq məsafədən çox yaxşı zərbələr endirir. İstənilən halda dünənki oyun gərgin və maraqlı idi”.

Xəbər xətti