Millimizin oyunlarının yeri açıqlandı

14:34 - 27 Noyabr 2021

Azərbaycan futzal millisinin Ukrayna ilə keçirəcəyi yoldaşlıq görüşlərinin məkanı müəyyənləşib.


Sportal.az xəbər verir ki, komandamız rəqiblə iki dəfə üz-üzə gələcək. Dekabrın 18-də və 19-da keçiriləcək hər iki qarşılaşma Fövqəladə Hallar Nazirliyinin İdman-sağlamlıq mərkəzində (Hövsan) olacaq və saat 18:00-da başlayacaq.


Bu matçlar Avropa çempionatının final mərhələsinə hazırlıq məqsədi daşıyacaq.

Xəbər xətti