Kamranın qolu yetərli olmadı

19:19 - 27 Noyabr 2021

Rusiya 1-ci divizionunda 25-ci turun oyunları keçirilir.

 

Sportal.az xəbər verir ki, azərbaycanlı hücumçu Kamran Əliyevin komandası “SKA-Xabarovsk” səfərdə “Yenisey”lə qarşılaşıb və uduzub – 1:3.

 

Kamran start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Xabarovskluların yeganə qolunu da azərbaycanlı hücumçu vurub. Əliyev 90-cı dəqiqədə rəqib qapısına yol tapıb.

 

 

“SKA-Xabarovsk" 41 xalla 20 komanda arasında 5-ci pillədə qərarlaşıb.

Xəbər xətti